13 C
Baku
Saturday, April 27, 2024

Ford Cadillac-ın reklamını parodiya etdi

Buna uzun zaman tələb edilsə də, nəhayət ki, Cadillac şirkətinin “Poolside” avtomobili üçün Nil Macdonaf ilə çəkdiyi reklam çarxını kimsə parodiya etdi. Bunu edən isə Ford Motor Co. oldu.

Team Detroit agentliyi baş rolda Detroit Dirt yaradıcısı Peşon Murrey ilə Cadillac-a məxsus reklam çarxını təqlid etdi. Cadillac öz reklam çarxında lüks sinfinə mənsub hibrid avtomobili reklam edirdilər. Ford da öz reklam çarxında Ford C-MAX hibrid avtomobilini nümayiş etdirir. Lakin Ford ideyası və Murrey-in çatdırmaq istədiyi mesaj Cadillac reklamından fərqlənir.

Agentlik yaratdığı parodiyanı öz YouTube kanalında yerləşdirmiş və Ford şirkəti bunu təsdiq etmişdir. Daha sonradan isə Ford şirkəti reklam çarxına şərh verərkən bildirmişdir ki, onların öz rəqiblərini “ələ salmaq” kimi bir niyyətləri olmayıb. Onlar sadəcə cəmiyyətdə müsbət dəyişikliklər etmək istəyiblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər