13 C
Baku
Friday, March 29, 2024

Ford top-menecerini “kobud davranışına” görə işdən azad etdi

Ford Motor Company tərəfindən verilən məlumata görə, şirkət  Şimali Amerika şöbəsinin Prezidenti Paj Nair-i “kobud davranışına” görə işdən azad etmişdir. Onun vəzifələrinin kim tərəfindən icra olunacağı haqda məlumat verilmir. Ford şirkətinin Prezidenti və baş direktoru Jim Hackett bildirmişdir ki, – “Biz ərtaflı təhlil və yoxlama apardıqdan sonra bu qərarı verdik”. O, məsələnin detalları haqqında heç bir məlumat verməmişdir. Hackett Ford şirkəti daxilində korporativ mədəniyyətin hökm sürdüyünü və bunun top-menecerlərdən də tələb olunduğunu qeyd edir.

“Mən bəzən şirkətdə hər zaman dəstəklədiyimiz prinsiplərə uyğun olmayan davranış tərzi nümayiş etdirdiyimə görə həqiqətən çox təəssüflənirəm”, – deyə Nair bildirdi. O, keçmiş həmkarlarına uğurlar arzuladı.

Nair 2017-ci il iyun ayının 1-dən başlayaraq  Ford şirkətinin Şimali Amerika şöbəsinin Prezidenti vəzifəsində işləmişdir. Bundan əvvəl Ford-da texniki direktor vəzifəsində çalışıb.

 

 

Son xəbərlər
Digər xəbərlər