18 C
Baku
Wednesday, May 8, 2024

Ford və havaya sovrulmuş 350 milyon dollar

1950-ci illərin ortalarında Ford öz Thunderbird-nin populyarlıq dağlası fonunda General Motors’ Oldsmobile ilə rəqabətdə yeni model yaratmaq qərarına gəlir. Bütün bədbin proqnozlara baxmayaraq avtomobil yaradılır və Henri Fordun şərəfinə Edsel adlandırılır.  Lakin bu avtomobilin modeli əvvəlki avtomobillərə bənzəyir, ölçüsü böyük və qiyməti heç də keyfiyyətli olmayan maşınlar çərçivəsində idi. Bu da öz növbəsində alıcılarda cavabsız suallara səbəb olurdu. 

Ford Edsel avtomobillərinin bir daha istehsal edilməyəcəyini elan etmədən əvvəl ona 350 milyon dollar yatırmışdı. Modelin istehsalı 1959-cu ildə dayandırılır. Ford o zamandan etibarən normaya qayıdır, lakin aldığı dərs də yadında qalır. Daha sonradan bu hadisə qeyri-düzgün planlaşdırmaya və müştərilərin tələblərini nəzərə almağa nümunə olaraq universitet proqramına daxil edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər