15 C
Baku
Saturday, April 20, 2024

“Forex Profit” strategiyası

“Forex Profit” foreks strategiyası (Forex Profit System və ya FPS foreks strategiyası) iki növ foreks indikatoruna əsaslanır, bu strategiyalar nə zaman ticarət sövdəsinə daxil olmağı, nə zaman isə ondan çıxmağı göstərir, bunlar Parabolic SAR indikatoru və eksponensial ortaq dəyişən – Exponential Moving Average-dır, dövrləri 10, 25 və 50.

Nümunədə siz “Forex Profit” strategiyası əsasında quraşdırılmış qrafikin necə göründüyünü seyr edə bilərsiniz. Eksponensial ortaq dəyişən – EMA 10 bənövşəyi rənglə rənglənib, EMA 25 ortaq dəyişəni isə – tünd sarı rəngə boyanıb, EMA 50 isə mavi rəngdə verilib. Parabolik Sar isə (standart parametrli) qrafikdə qiymət qrafikindən aşağıda və yuxarıda yerləşən nöqtələr şəklində təsvir olunur.

“Forex Profit” strategiyası

“Forex Profit” foreks strategiyası əsasında sövdənin bağlanması

FPS strategiyasında foreks indikatorları, EMA 10 ortaq dəyişəni EMA 25 və EMA 50 dəyişənlərini kəsən kimi ticarət sövdəsinin bağlanmaq zəruriliyini göstərəcək. Əgər EMA 10 ortaq dəyişəni EMA 25 və EMA 50-ni aşağıdan yuxarıya doğru kəsərsə siz alış sövdəsi bağlayırsınız. Əgər EMA 10 ortaq dəyişəni EMA 25 və EMA 50-ni yuxarıdan aşağıya doğru kəsərsə onda satış sövdəsi bağlamaq lazımdır. Həmçinin bu zaman diqqət yetirmək lazımdır ki, Parabolik SAR (PSAR) siz alış sövdəsi bağışlayanda qiymətdən aşağıda və satış orderi açarkən qiymətdən yuxarıda yerləşsin.

Yuxarıdakı nümunəyə baxsaq, oktyabrın 15-də USDCHF valyuta cütündə alış sövdəsi açmaq üçün əla fürsət var imiş, həmin imkan haşiyəyə alınmış və “Enter” ilə qeyd olunmuşdur. Diqqət yetirək ki, eksponensial EMA 10 ortaq dəyişəni EMA 25 və EMA 50 dəyişən orta xətləri ilə necə kəsişib. Parabolik SAR indikatoru isə qiymətin altında yerləşir.

Əgər siz nümunədə göstərildiyi kimi saatlıq intervallarda ticarət etməyi üstün tutursunuzsa, öncədən əmin olmaq lazımdır ki, 15-dəqiqəlik qiymət qrafikində də Parabolik SAR qiymətlə münasibətdə satlıq qrafikdə olduğu kimi eyni vəziyyətdə yerləşir. Heç zaman 15 dəqiqəlik Parabolik SAR indikatoruna qarşı ticarət etmək məsləhət görülmür.

“Forex Profit” strategiyasına əsasən sövdədən çıxmaq:

Sövdədən çıxmaq üçün ən yaxşı siqnal 3 dəyişən EMA xətlərinin qiymət qrafikində aşağı əks tərəfə kəsişməsidir. Diqqət yetirin, bizim yuxarıda qeyd etdiyimiz nümunədə tünd-göy dəyişən ortaq göstərici – USDCHF valyuta cütünü faktiki qiyməti – hər üç MA-ni birlikdə aşağıdan kəsib, həmin nöqtə haşiyələnib və üzərində “Exit” işarəsi qeyd olunub. Əgər siz bu ticarət pozisiyasını bir həftə ərzində saxlasaydınız bazardan 275 punkt götürə bilərdiniz.

Sığorta edici stop-lose-un quraşdırılması

Foreks hesabınızın necə olmasından asılı olmayaraq, demo, mikro, mini və ya standart hesab, siz həmişə ticarət edərkən, stop loss-la olan orderlərdən istifadə etməlisiniz.

Foreks FPS strategiyası ilə ticarət zamanı siz dərhal açıq ticarət pozisiyası üzrə EMA 50 dəyişən ortaq xətinin aşağısında mütləq öz stop-loss-unuzu təyin etməlisiniz. Sizin ticarət pozisiyanız düzgün istiqamətdə ticarət olunduqda, qiymətə müvafiq olaraq stop-loss-un yerini dəyişmək lazımdır. (bunun üçün ən yaxşı variant treylinq –topp-dur, o cümlədən 1 punktdan treylinq stop.). Sizin ticarət pozisiyanız sizə qarşı getdikdə isə sizin stop-loss orderi sizin qazandığınız mənfəəti təsdiqləyərək, orderi bağlayacaq. Çox mühümdür ki, qiymət 10, 25 və 50 EMA-larını kəsdikdə sizə ticarət pozisiyanız bağlı olsun.

Gəlin ”Forex Profit foreks strategiyasının 15 dəqiqəlik qiymət qrafikində necə iş yaradığını nəzərdən keçirək.

15 dəqiqəlik intervallarda FPS strategiyasına əsasən ticarət daha çox dəyişkəndir, amma bu sizə bir ticarə günü daxilində çoxlu sayda sövdə bağlamaq imkanı verəcəkdir. yuxarıda nəzərdən keçirilimş nümunədə sizə 1.5060 qiymətində USDCHF valyuta cütündə satış sövdəsi bağlaya bilər və 1.5000 qiymətində 60 punkt gəlirlə sövdəni bağlaya bilərdiniz.

M15 intervalında ticarətlə bağlı olduqca vacib xəbərdarlıq: Bəzən qiymət qrafikdə EMA: 10, 25 və 50 orta göstərici xətlərindən keçərək, yuxarı və aşağı ziqzaq əmələ gətirir, belə olduqda ticarət pozisiyasını bağlayın və dəyişən ortaq göstərici xətlərinin bir-birindən şaqlaşmasını və Parabolik SAR indikatorunun güclü ticarət siqnal verməsini gözləyin.

1 dəqiqəlik qrafiklərdə qısa müddətli “scalp”: birinci nümunədə bir ticarəti saatlıq intervallarda texniki indikatorlar vasitəsi ilə ticarət həyata keçirirdik, termin baxımından bu ticarət “Swing Trading” adlanır. – belə ticarət zamanı sövdələr bir neçə gün, bəzən isə bir neçə həftə ərzində davam edir.

Ikinci nümunədə 15 dəqiqəlik intervallarda qrafikləri nəzərdən keçirmişdik, belə qrafiklərlə adətən “day trader”- lər ticarət edir və onlar ticarət pozisiyasını gün ərzində qoruyub saxlayır.

Skalpinq isə Foreksdə 1 və ya 5 dəqiqəlik qiymət qrafiklərində baş tutan ticarətlərdir. Treyderlər bu ticarətlə xırda-xırda gəlirlər qazanırlar. Belə hallarda ticarət pozisiyası bir neçə dəqiqədən 1 saata qədər qoruna bilər.

Siz həmçinin FPS foreks strategiyasını 1 dəqiqəlik qiymət qrafikləri ilə ticarət zamanı da istifadə edə bilərsiniz. Belə ticarət zamanı nə etmək lazımdır?

fp 3

1. Yuxarıdakı 10, 25 və 50 EMA dəyişən orta xətlərinin tətbiqi əvəzinə, qrafikdə eksponensial 25, 50 və 100 periodlu dəyişən orta xətlərdən istifadə edirik.

2. Əksər hallarda skalpinq üçün ən uğurlu vaxt Londonda ticarət açıldığı vaxtlar olur (yerli vaxtla təqribən saat 11-də), ya Nyu-York ticarət zamanı (təqribən saat 16:00-da).

Bu anlarda valyuta cütlükləri konkret bir istiqamətə hərəkət etməyə başlayır.

3. Qiymət hər üç dəyişən ortaq xətti kəsən kimi, siz öz ticari sövdənizi bağlayırsınız, uzun və ya qısa müddətli. Əgər qrafikdə qiymət 100 EMA-nı aşağıdan kəsirsə, qısamüddətli, əgər qiymət 100EMA-nı yuxarıya doğru kəsirsə uzunmüddətli sövdə bağlayın.

4. Əmin olun ki, sövdə mənfəətlidir və sizin 5-10 punkt gəliriniz var. Uduşda olan pozisiyanı həddindən çox saxlamaq lazım deyil, çünki qiyməti geriyə qayıdış etmək tendensiyası vardır və siz mənfəətdən məhrum ola bilərsiniz. Məsələn bir dəqiqəlik qrafikə nəzər salın.

Siz saat 10:30-da USDJPY valyuta cütündə uzun sövdə bağlaya bilər və qiymət 100 EMA-nı yuxarıya kəsən kimi, saat 10:45-də sövdəni bağlaya bilərdiniz. Bu zaman sizin 10 punkt gəliriniz olacaqdır. Bundan sonra qiymət saat 11:30-da orta 10 EMA-nı aşağıya doğru kəsir. Bu zaman siz satış sövdəsi bağlaya bilər və daha 10 dəqiqə sonra 10 punkt gəlirlə sövdəni bağlaya bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər