26 C
Baku
Friday, April 19, 2024

Fransa və Almaniya Bitcoinin qlobal tənzimlənməsinə təkid edir

Banker.az xəbər verir ki, Almaniya Bitcoin rəqəmsal valyutasının qlobal səviyyədə tənzimlənməsinə təkid edən Avropa ölkələri rəhbərliklərinə qoşulub.

Onlar aparıcı kriptovalyutanın çirkli pulların yuyulmasında, narkotik maddələrlə ticarətdə və terrorizmin maliyyələşdirilməsində istifadə edildiyi qənaətindədirlər.

Bu addım Böyük iyirmilikdən olan kolleqalarını bitcoinin birgə tənzimlənməsini nəzərdən keçirməyə çağıran Fransanın maliyyə nazirinin təşəbbüsünün ardınca atılıb. Bu məsələ İtaliyada da açıq şəkildə müzakirə edilir.

CME Group və CBOE Global bitcoin fyuçerslər ilə hərraca başladıqdan sonra avropalı məmurların narahatlığı artmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər