19 C
Baku
Tuesday, April 16, 2024

Friedman-ın pul aqreqatı

Optimal pul məbləğinin təhlili proqnozlar etməyə imkan verir. Friedman buna cəhd etmiş və nəticədə XX əsrin 60-cı illərində ABŞ üçün pul kütləsinin, qiymətlərin və faiz dərəcələrinin dinamikasını təxmin etməyə çalışmışdır.

Təklif edilən analizin mühüm cəhəti inflyasiyaya “ani ildırım zərbəsi” kimi yanaşmamaqdır. Bununla yanaşı, gözlənilən inflyasiya və yaxud deflyasiyanın məşğulluq ilə heç bir əlaqəsi yoxdur.

Friedman hazırki qərarı “kifayət qədər radikal” hesab etsə də, sabit pul kütləsinin doktrinasına müsbət münasibət bəsləmişdir. O qiymət sabitləşməsi üçün daha asan yol təklif edir. Belə ki, pul kütləsinin orta illik artımı 4-5% təşkil edə bilər. Bununla yanaşı, burada real ÜDM-un orta illik artımı və pulun dövriyyə sürətinin azalması da nəzərə alınmalıdır. Bu yanaşma hazırda bir çox ölkələrin mərkəzi banklarının qəbul etdiyi “pul qaydasının” əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, pul kütləsinin uzun müddətli təsirini araşdıran Milton Friedman öz yanaşma tərzini dəyişmiş və pul emissiyasını deyil, “güclü pulların” – bank ehtiyatlarında yerləşən hökumət öhdəliklərinə nəzarət etməyi məsləhət görmüşdür.

Milli mütəxəssislərlə əməkdaşlıq edən monetarizm mütəxəssisləri ölkələri böhrandan çıxarmaq üçün layihələr hazırlayırlar.

Monetarizmə bir sıra inkişaf etməkdə olan ölkələrdə depressiya və struktur dəyişikliklərinin aradan qaldırılması, İsrailin maliyyə “sağlamlığı”-nın təmin edilməsi, Cənub-Şərqi Asiya, Şərqi Avropa ölkələrinin bazarlarının müasirləşdirilməsi daxildir. Bundan əlavə, Macarıstan, Çexiyavə  Polşada iqtisadi rəqabət üçün ilkin şərtlər yaradılmışdır.

Son xəbərlər
Digər xəbərlər