Gənc milyonçu: 8 yaşında ilk milyon dollarını qazanan Rayan Ross

20 yaşlarında milyon dollar qazanmaq bütün dünya üzrə bütün gənc işgüzar insanların arzusudur. Təbii ki, istər 30, istər 40 və ümumiyyətlə istənilən yaşda milyon dollar qazanmaqdan heç kəs imtina etməz. Bəs yetkinlik yaşına çatmadan belə bu dərəcədə əhəmiyyətli məbləği qazanmağı təsəvvür edirsinizmi?!

Bu məqalədə sizə 8 yaşlı oğlanın özünün ilk milyon dollarını necə qazanması barədə məlumat verəcəyik. O bu məbləği nə lotereyada udmuş, nə oğurlamış, nə də hədiyyə olaraq əldə etmiş, məhz qazanmışdı.

8 yaşlı gənc kanadalı bu yaşına qədər artıq 4 şirkət yaratmağa və demək olar ki, 1 milyon dollar qazanmağa nail olub. Belə ki, Rayan Ross adlı bu oğlan yaşadıqları evin arxa hissəsində toyuq ferması yaradır. Burada 60 toyuğun hər gün istehsal etdiyi yumurtaların bir ədədini 15 dollara satırdı. Bir müddət keçdikdən sonra kənd təsərrüfatından bezən rayan qazon biçilməsi ilə məşğul olmaq qərarına gəlir. O təkbaşına qazon biçən maşının öhdəsindən gələ bilmədiyindən ev sahiblərindən işinin qarşılığı olaraq 20 dollar alır, 15 dollara isə işçi tuturdu. Onun anası fəxrlə deyirdi ki, oğlu heç bir zəhmət çəkmədən saatda 5 dollar qazanırdı.

Bundan sonra o qazonların sulanması ilə bağlı biznes yaradır. O xidmtə haqqı olaraq 200 dollar əldə etdiyi bir vaxtda, bu qiymətin tam yarısına işçi tutaraq işlədirdi. Gənc biznesmen əldə etdiyi vəsaitləri daşınmaz əmlaka investisiya edirdi. Hazırda o Ontario və Britaniya Kolumbiyasında yerləşən 6 binaya sahibdir. Bundan əlavə, Rayan xokkey və basketbol meydançası və həmçinin 4 min kitab alıb. 900 min dolların sahibi olan bu gəncə yeganə olaraq mobil telefon almağa icazə verməyiblər.

Rayanın anasının sözlərinə görə, oğlunun sinif yoldaşları onun bizneslə məşğul olduğuna inanmır, onun dediklərini isə uydurma adlandırırlar. Milyonçunun özününü isə böyük planları var. O Liqada oynaya bilmək üçün iki xokkey komandası almaq niyyətindədir. Onun anası bildirmişdir ki, o hələ xokkeyi əyləncə olaraq qəbul edir. Lakin o əmindir ki, gələcəkdə Rayan bu biznes proseslərini daha yaxından anlayacaq. Hələlik isə onlar komanda sahibləri ilə görüşlər keçirirlər və onlar da öz növbəsində bu tarixçəni kifayət qədər maraqlı hesab edirlər.