12 C
Baku
Wednesday, April 24, 2024

Gələcəyin bankı üçün on qadjet

Yüksək texnologiyalar adət etdiyimiz təsəvvürü dəyişir. Bank fəaliyyəti ən konservativ fəaliyyətlərdən biridir, lakin “BO”-nun fikirincə təqdim olunan texniki yeniliklər bu fəaliyyətə radikal dəyişikliklər gətirə bilər. 

 Videoregistrator

Massaçusets texnoloji institutunda Bank of America-nın dəstəyi ilə Center for Future Banking laboratoriyası fəaliyyət göstərir.  Laboratoriyanın hazırladığı işlərdən biri müştərilərin ofisdə davarışlarını qeyd və analiz edən videoregistrasiya sistemidir: burada əməkdaşların hərəkətləri, informasiya lövhələrinə reaksiyaları, onların diqqətini cəlb edən şeylər və sair.   Belə sistemlər artıq yaxın zamanlarda müştərilərin üstünlük verdiklərini öyrənmək və bank şöbələrinin erqonomakasını təkminləşdirmək üçün əvəzedilməz vasitə olacaq.

Video məsləhətçi

Qərbdə artıq bir neçə ildir ki müştərilərlə ünsiyyət üçün Skype texnologiyası üzrə video əlaqədən istifadə edirlər. Fikrin davamı olaraq videoköşklər yaranmağa başladı. Belə köşk öz özlyündə gecə-gündüz istifadə edilməsi (bank kartı vasitəsi ilə açılır və bağlanır) mümkün olan, müştərinin daxil olaraq həm video əlaqə mərkəzinin əməkdaşı ilə ünsiyyətdə ola bildiyi, həm də orada quraşdırılmış printerin vasitəsi ilə çap edilməsi lazım olan sənədləri əldə edə bildiyi budkadan ibarətdir.

Video məsləhətləşmələrin bütün bank ofislərinin hamısında daxil edilməsi personaldan optimal istifadə edilməsinə imkan verəcək, müştərilərin gözləmə vaxtlarını azaldacaq və xidmət keyfiyyəti üzərində nəzatəri yüksəldəcək, çünki əməkdaşların  müştərilər ilə bütün danışıqları yazılacaqdır.

İnteraktiv vitrin

İnformasiya lövhələri yaxın gələcəkdə yox olacaq.  Onları sensorlu ekranlarla olan iri monitorlar  əvəz edəcək.
Onların vasitəsi ilə müştərilər ancaq onları maraqlandıran məlumatı (bununla bərabər bank məştəriləri əslində nə maraqlandırdığını öyrənə biləcək) almaq deyil, həm də özlərinin və personalın vaxtına qənaət edərək sənədlərin hansısa hissəsini doldura biləcəklər.

Antivandal variantında hazırlanmış interaktiv vitrinlər bayırda yerləşdirilmək üçün istifadə ediləcək və bu bankların marketinq siyasətinin vacib hissəsini təşkil edəcək.

Taçskrin-masa

Artıq bir neçə ildir ki, xarici banklar öz şöbələrində Microsoft Surface-in taçskrin-masalarını yerləşdirirlər,  onların köməyi ilə müştərilər bütün xidmətlərlə tanış olur və şərtləri müqayisə edə bilirlər. Böyük üst səthi və sensorlu ekran bu prosesi hətta personal kompüterdən istifadə etməklə daha rahat edir.
Rusiyada belə masalar Sberbankın eksperimental “gələcəyin ofisində” yerləşdirilib. 

Biometrik kamera

“Sberin” həmən eksperimental ofisində biometrik 3D-kamera ilə terminallar testdən keçirilillər. Terminala yaxınlaşaraq müştəri monitorda öz şəkilini görür və bundan sonra o öz personal məlumatını ora daxil edə bilər. Əlbəttə ki, “Xüsusi rəy” filmində göstərildiyi kimi vətəndaşların gözlərinin qüzehi qişası üzrə bir anda eyniləşdirilməsinə hələ çox var, lakin biometrik texnologiyaların inkişafı personallaşdırılmış maliyyə servisləri imkanlarının irəliləməsini genişləndirəcəkdir.

Çoxdan şokoladların, içkilərin satıldığı kimi analoji olaraq gələcəkdə banklar avtomatlar vasitəsi ilə qutu məhsulları satacaqlar.

ERİ planşeti

Müştərilərilərə uzaqdan olan rejimdə mükəmməl xidmət elektron rəqəmsal imzanı daxil etmədən mümkün deyil. 2010-cu ilin payızında qrafik planşet hazırlamaqda dünya lideri Wacom şirkəti xüsusiləşdirilmiş Wacom STU-520 elektron imza üçün cihaz istehsal etmişdir.   Mütəxəssislər onun bazarda əsl inqilab edəcəyini qabaqcadan ehtimal edirlər.

Planşet imzanın edilməsini, müştərinin imzanı atdığı zaman real vaxtda izləmək imkanı verir. Bundan başqa qələmin koordinat həll edicisindən başqa qələmə basma qüvvəsi və onun hərəkət sürəti təyin edilir. Bu parametrləri fərdi biometrik profillərin yaradılması üçün istifadə etmək olar.  Beləliklə, rəqəmsal imzaları kağızda çəkilən imzadan fərqli olaraq, demək olar ki saxtalaşdırmaq mümkün olmayacaq.

Vendor aparatı

Çoxdan şokoladların, içkilərin satıldığı kimi analoji olaraq gələcəkdə banklar avtomatlar vasitəsi ilə qutu məhsulları: debet, kredit və hədiyyə kartları, eləcə də xidmət paketləri satılacaq.   Aydındır ki müştərinin vizual və onun sənədlərinin uyğunluşdurması olmadan ancaq hədiyyə kartlarının satışı mümkündür, və bu da ancaq 15 min rubla kimi həcmdə yerinə yetirilə bilər. Lakin belə aparatın ERİ üçün planşetlə və video məsləhətçi ilə birləşdirilməsi qutu məsələsinin satışını konveyer üsulu ilə yerinə yetirməyə imkan verər.

İnternet-bankinq üçün terminal

Rusiyada hər tində ödəmə terminalları quraşdırılıb. Bir sıra Avropa dövlətlərində isə artıq internet-bankinq (İB) terminallarından istifadə etmək adət olub. Birincisi, lazım olan anda İnternetə daxil olmaq sadəcə olaraq mümkün olmaya bilər. İkincisi, hətta internet məsələn mobil telefonda olduğu halda, yəgin ki onun sürəti aşağıdır və balaca ekranda İB-lə işləmək çox narahatdır. Bu səbəbdən xüsusən də İnternetə daxil olmağın Avropadan çətin olduğu Rusiya üçün bu çox yaxşı fikirdir.

NFC

Artıq bir neçə il qabaq MasterCard PayPass kartı-nın anonsunu vermişdir. Xüsusi terminallar kartdan aldığınız malın dəyərini uzaqdan silir, fiziki əlaqə və əlavə avtorizasiya tələb olunmur, bu isə mağazada alıcılara xidmət vaxtını kəskin azaltmağa imkan verir. Rusiyada NFS sistemi əsasında olan bu kartlar hələ də bir qədər ciddi yayılmamışdır.
2010-cu ildə PayPass kartlarının birinci emitenti Moskva industrial bankı olmuşdur. Buna vadar edən səbəblərdən biri ali məktəblərdən biri ilə yerinə yetirilən müştərək proqram olmuşdur. Proqram çərçivəsində eyni zamanda buraxılış və elektron oxucu bileti, qiymət kitabçası, qeyd vərəqəsi və sair funksiyaları yerinə yetirən 15 min kart buraxılmalı idi.

Kontaktsız nəqliyyat kartlarını “Eleksnet” terminallarında doldurmaq olar, Sberbank NFC istifadəsi ilə pilot layihələri haqqında məlumat vermişdir. Düşünmək olar ki, 2010-2011-ci illərdə bu texnologiyanın bizim dövlətdə hamı tərəfindən tanınması kəskin surətdə artacaq. 

Mobil kartrider

Twitter sosial şəbəkəsinin yaradıcılarından biri olan Cek Dorsi 2009-cu ildə öz yeni məhsulu Square cihazını anons etmişdir. Bu, modil telefona qulaqcıqların birləşdiyi yerdən qoşulan çox balaca kartriderdir (cihazın ölçüləri 2,5 х 2,5 х 3 sm bərabərdir). Fikir ondan ibarətdir ki, Square-nin köməyi ilə bank kartlarını ödəmək üçün hər kəs, hətta küçədə tum satan nənə də, qəbul edə bilər.

Cihazı pulsuz paylayırlar, şirkət ekvayrinq xidməti komissiyası toplayaraq qazanc əldə edir.. Əlbəttə ki o Rusiyada müstəqil işləyə bilməz, lakin eksklyuziv partnyorluq qazanacaq milli bank, əgər bunun hesabına çox pul qazanmasa da (tələbat yəqin ki az olacaq, çünki bizim ölkədə kiçik şirkətlər və fərdi sahibkarlar “nağda” daha çox üstünlük verirlər), şübhəsiz ki özünə müasir və yüksək texnoloji bank şöhrətini qazana biləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər