23 C
Baku
Tuesday, April 23, 2024

Gələn ildən SOCAR istiqrazlarının manatla buraxılması nəzərdə tutulur – Rövnəq Abdullayev

Gələn ildən SOCAR istiqrazlarının manatla buraxılması nəzərdə tutulur.

SalamNews xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

“Hazırda SOCAR istiqrazlarına maraq böyükdür. Əgər tələbat çox olarsa, bu ilin sonu dollarla yeni istiqrazlar buraxıla bilər. Amma həmin istiqrazların illik gəlirliliyi bir qədər aşağı olacaq. Gələn ildən isə SOCAR istiqrazlarının dollara bağlı manatla buraxılması planlaşdırılır. Belə ki, istəyənlər həmin günün məzənnəsi ilə istiqraz ala biləcəklər. İstənilən vaxt bu məbləği dollarla geri ala biləcəklər”, – deyə R.Abdullayev əlavə edib.

Xatırladaq ki, sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkə vətəndaşları üçün nəzərdə tutulan istiqrazları satışa çıxarılıb. Bu proses oktyabrın 10-na qədər davam edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər