16 C
Baku
Friday, April 19, 2024

Gənc kadr, Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olundu

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin adı məlum oldu

Banker.az xəbər verir ki, bu vəzifəyə sabiq İqtisadiyyat naziri müavini olan Sahil Rafiq oğlu Babayev təyin edilib.

Qeyd edək ki, o bu vəzifədə Səlim Müslimovu əvəz edib.

Sahil Rafiq oğlu Babayev

1980-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə işləyirdi.

Ailəlidir, 1 övladı var.

Son xəbərlər
Digər xəbərlər