16 C
Baku
Saturday, April 20, 2024

G-20 zirvəsi bitkoinin qiymətini 10% artırıb

Son 1 ayda sabitləşən bitkoinin qiyməti Çində keçirilən G-20 zirvəsinin təsiri ilə 10% artım göstərib. “LiveBitcoinsNews.com”saytına istinadən xəbərə görə, Asiya bazarlarında bitkoinin qiyməti cümə günündən etibarən 7% artaraq 613 ABŞ dollarına çatıb və hazırda 603 dollara satılır.

Sayt bildirir ki Çin, öz normativ-hüquqi bazasında və siyasətində bitkoinlə bağlı qeyri-müəyyənliyə sahib olsa da bu valyuta da daxil olmaqla, bir çox virtual valyutanın ən çox alınıb satıldığı ölkədir. Məhz bu ölkədə virtual pulların tədavül etdiyi bir neçə nəhəng birja mövcuddur. Elmi-tədqiqat institutları və maliyyə şirkətləri hesab edirlər ki, yuanın son iki ildə başlanan devalvasiyası bitkoinə tələbi xeyli artırıb. Nəticədə yerli investorlar bu tip valyutaları baha qiymətə almaqdan çəkinməyiblər. “OKCoin” ticarət platformasında son 24 saat ərzində bitkoinin satış qiyməti 614 dollara yaxınlaşıb.

FES açıqlamaları ilə düşməyə başlayan bitkoin qiymətləri G-20 zirvəsinin başlaması ilə yüksəlişə keçib. Ekspertlər bu hərəkətlənməni yuanda devalvasiyanın uzun müddət davam edə biləcəyi ilə açıqlayıblar. Onlar, investorların maksimal effektiv qərar almaq istədiklərini bildiriblər.

Report

Son xəbərlər
Digər xəbərlər