14 C
Baku
Thursday, March 28, 2024

G7 ölkələri iqtisadi vəziyyətlə bağlı xəbərdarlıq edib

Yaponiyada toplaşan 7 inkişaf etmiş ölkəninin maliyyə nazirləri qlobal iqtisaiyyatın zəif olduğunu qeyd edib və pul vahidlərinin bilərəkdən zəiflədilməsinə qarşı çıxıblar.

 

“Bloomberg” agentliyinin verdiyi xəbərə görə, G7 ölkələri həmçinin terrorizm, qaçqın problemi, siyasi anlaşılmazlıq və “Brexit” mövzusuna da toxunublar. Onlar Britaniyanın Avrozonadan ayrılmasının (“Brexit”) hər iki tərəfə iqtisadi zərər verəcəyini bildiriblər. İqtisadi artımı dəstəkləmək üçün ölkələrin pul vahidlərində süni məzənnə dəyişikliyi etməyəcəkləri barədə həmfikir olan üzv ölkələr, iqtisadi artımı necə canlandıracaqları ilə bağlı ortaq fikrə gələ bilməyiblər. Yaponiya tərəfi valyuta bazarının qeyri-sabit vəziyyətinin təsirləri barədə xəbərdarlıq edərkən, ABŞ tərəfi bu fikirlə razılaşmayıb və valyuta bazarında alqı-satqı şərtlərinin tənzimləndiyini qeyd edib.

“Report”un analitik qrupu hesab edir ki, G7 sammitində əsas inkişaf etmiş ölkələrin valyuta bazarlarının tənzimlənməsi və qlobal iqtisadi artıma nail olmaq barədə razılıq əldə etməsi yaxın illərdə maliyyə bazarlarında dinamikanın dalğalı olacağı barədə düşünməyə əsas verib. Bununla da devalvasiyaların davam edəcəyi və iqtisadi artımın azalacağı dövrün daha bir müddət davam etməsi ehtimal olunur.

Son xəbərlər
Digər xəbərlər