15 C
Baku
Friday, March 29, 2024

“Game of Thrones” filmi İspaniyaya 1 milyard dollardan çox gəlir qazandıra bilər

Dünyaca məşhur “Game of Thrones” serialının yeni mövsümünün çəkilişləri İspaniyanın Peniskola şəhərində çəkilir. Belə ki, bu çəkilişlərin İspaniya üçün iqtisadi effekti 1 milyard dollardan çox ola bilər.

Yeni altıncı mövsümün çəkilişləri zamanı KİV-də Peniskola şəhərinin adı xatırlanan 5000-dən artıq xəbər dərc edilmişdir ki, bu xəbərlərin də 4411-i beynəlxalq və milli nəşrlərdə özünü biruzə vermişdir. Ümumilikdə isə 2,7 milyon istifadəçi online olaraq və 42 milyon oxucu çap nümunədə mövzu üzrə xəbərlər oxumuşdur. 4 milyondan çox tamaşaçı xəbərlərdə şəhərin adının xatırlanmasını izləmiş, 5 milyon isə radio vasitəsilə dinləmişdir.

Qeyd edək ki, “Game of Thrones” serialı 2011-ci ilin yazından efirə çıxarılmışdır. Serial amerikalı yazıçı Corc Martinin “Buz və atəşin nəğməsi” adlı romanı əsasında çəkilir. Serialın altıncı mövsümünün ilk seriyası 24 aprel tarixində yayımlandı.

Son xəbərlər
Digər xəbərlər