23 C
Baku
Thursday, April 25, 2024

“Gazprom”un xalis mənfəəti 80 faiz azalıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xalis mənfəətin bu ilin rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz azalaraq 48 milyard rubla enib.

Bu ilin ikinci rübündə şirkət gəlirləri ötən ilin müvafiq aylarına görə 4,5 faizlik artımla 1 trilyon 400 milyard rubla çatıb. Həmin dövrdə şirkətin xalis mənfəəti isə 80 faiz azalaraq 48 milyard rubla (təxminən 817 milyon dollar) düşüb.

Açıqlamada, valyuta məzənnələrindəki dəyişiklik səbəbindən şirkətin bu ilin ikinci rübündə 140 milyard rubl zərər etdiyi bildirilib. Şirkətin dəqiq borcunun isə bu ilin ilk yarısında ötən illə müqayisədə 19 faiz artaraq 2,9 trilyon rubla yüksəldiyi qeyd edilib.

“Gazprom” builki təbii qaz istehsalını ötən illə müqayisədə 2,7 faiz artıraraq 430,4 milyard kubmetrə çatdırmağı hədəfləyir.

MənbəAZƏRTAC
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər