Gənc ixtiraçı Reyhan Camalova “Forbes” jurnalının reytinqinə daxil edilib

Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ABŞ-ın məşhur “Forbes” jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşınadək olan 30 ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.

15 yaşlı Reyhan Camalova belə siyahıya daxil edilən ilk azərbaycanlı gənc sahibkar olub.

Xatırladaq ki, o, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainergy” qurğusu ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi və qızı İvanka Tramp sammitdə çıxışı zamanı R.Camalovanı xüsusi vurğulayıb.