18 C
Baku
Wednesday, May 8, 2024

George P. Burdell – mövcud olmayan “şəxsiyyət”

George P. Burdell ABŞ-ın ən məşhur uydurulmuş simalarından biridir. 1927-ci ildə George-un adı  zarafatla Corciya Texnoloji institutunun tələbələri tərkibinə daxil edilir. George-un yalnız kağız üzərində mövcud olmasına baxmayaraq o diplom almış, Amerika ordusunda xidmət etmiş, ailə həyatı qura bilmiş və Mad jurnalının direktorları şurasına daxil ola bilmişdi.

Hər şey 1927-ci ildə adi bir vətəndaş olan Uilyam Edqar Smit-in poçt vasitəsilə Corcia institutundan 1 əvəzinə 2 qeydiyyat ərizəsini alması ilə başlayır. O ikinci ərizə formasına tanışı Corc Batlerin adını əlavə etmək istəsə də, sonda onun soyadını “Burdell” olaraq dəyişir.

Uilyam və uydurma dostu George eyni qrupa salınır. Uilyam öz ev tapşırıqları ilə yanaşı george-un da tapşırıqlarını həll etməli olur. Uilyam Smit-in bu səyləri nəticəsində George Burdell 1930-cu ildə bakalavr dərəcəsi qazanır. Bir neçə il keçdikdən sonra o hətta magistr diplomuna da sahib olur. Bununla belə, heç kəs George-u öz gözləri ilə görməmişdi.

Tezliklə uydurma tələbə haqqında bütün institutda xəbər yayılır və bu ideya bir çoxlarının xoşuna gəlir. Tələbələr bu sirrə sadiq qalmağı üstün tuturlar. George-un bioqrafiyası yeni faktlarla zənginləşməyə başlayır.

İkinci dünya müharibəsi zamanı naməlum zarafat sevən şəxslər George-u eyni anda bir neçə cəbhəyə qeydiyyatdan keçirirlər. Müharibə başa çatdıqda Corciyanın qəzetlərinin birində George Burdell-in ailə həyatı qurduğu ilə bağlı xəbər dərc edilir. Yarım əsr sonra yerli radiostansiya “Xanım və cənab Burdell-i” evlilik yubileyi ilə təbrik etmişdi. George-un çox zəngin həyatı var idi!

George-un adı 1956-1958-ci illərdə Corciya institutunun basketbol komandasının fəxri oyunçusu qismində hallanırdı. 1969-1981-ci illərdə Burdell Mad jurnalının direktorlar şurasının tərkibinə daxil idi.

2001-ci ildə Time jurnalı “İlin adamı” adlı online səsvermə keçirdiyi zaman səsvermənin qalibi George Burdell olur. Onu namizədlər siyahısından silən ana qədər onun topladığı səs faizi 57 idi.

George-un – George P.Burdell adlı oğlu var. O Corciya Texnoloji institutunda bir neçə tələbə qrupunda kurator olaraq “fəaliyyət göstərir”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər