12 C
Baku
Friday, March 29, 2024

Gerçək müsahibə əhvalatları: “Aktiv satışlar”

Gündəlik həyatımızda olduğu kimi müsahibə zamanı da bizimlə bir çox şey baş verə bilər. Müsahibəyə yollanarkən heç kəs onu orada nəyin gözlədiyini təxmin edə bilməz. Gizli motivlər, zəlzələ, “aclıq oyunları”, evlilik təklifi, morqda təşkil edilmiş ofis və digər qeyri-adi müsahibə əhvalatları sizin də başınıza gələ bilərdi. 

Belə bir nəticəyə isə populyar Quora saytının iştirakçılarının paylaşdıqları əhvalatları oxuduqdan sonra gəlmək olardı. Bu qəhrəmanlar pizzanı çəngəl-bıçaqla yeyir, morqda müsahibədən keçir və iş əvəzinə evlilik təklifi alırlar.

“Aktiv satışlar” – Tom Skrima

“Universiteti yenicə bitirib iş axtarırdım. Nəhayət ki, məni işə dəvət etdilər. Söhbət zamanı onlar başladığı müqaviləni sona çatdırmağı bacaran sözün əsl mənasında inadkar bir şəxs axtardıqlarını vurğuladılar. Onlardan biri masanın üzərindəki qələmi götürdü və mənə dedi: “Bunu mənə satmağa çalış”.

Mən onun keyfiyyəti, qələm kimi adi bir əşyanın da çox faydalı ola biləcəyi və s. bu kimi şeylər haqqında danışmağa başladım. Bir qədər sonra həmin şəxs dediklərimin kifayət etdiyini və qələmi qaytarmağımı tələb etdi. Mən isə etiraz edərək qələmin qiymətinin 5 dollar olduğunu vurğuladım. O artıq qələmi qaytarmağımı xahiş etməyə başlasa da, 5 dolları ödəyənə qədər təkid etdim. Bundan sonra o qapını çırparaq əsəbi halda çıxıb getdi. Doğrudur, məni həmin şirkətə işə götürdülər, lakin müsahibədə qələmi 5 dollara satdığım həmin şəxs hələ uzun müddət mənə qəzəbli-qəzəbli baxırdı”.

Son xəbərlər
Digər xəbərlər