13 C
Baku
Friday, April 26, 2024

“Gigas kodeksi” və yaxud “Lütsiferin kitabı”

Əfsanəyə görə, bu əlyazma Çexiyanın Podlajiçe şəhərində yerləşən benedikt monastrında işə yeni başlayan təcrübəsiz rahibin sövdələşməsindən sonra peyda olub. Kilsə rəhbəri qarşısında “qanun” pozuntusuna yol verən rahib cəzadan xilas olmaq üçün dünyanın ən yaxşı İncilini yazacağını və bu kitabın öz təsvirləri ilə kilsəni məşhurlaşdıracağını vəd edir. Gecə yarısı o verdiyi sözü yerinə yetirə bilməyəcəyini anlayır və kömək üçün Lütsiferə müraciət edir. Lütsifer bunun əvəzində rahibin ruhunu və İncilin səhifələrindən birində onun da təsvirinin yer almasını tələb edir.

Tədqiqatçıların fikrincə, müəllifin belə bir kitab yazması üçün ona təqribən 10 il lazım gələrdi. Bir çoxlarının fikrincə bu kitabı 1 müəllif yaza bilməzdi və belə bir kitab yazmaq üçün ali dini məlumat gərək idi. Lakin bu rahibin söz verdiyi kitabı yazması üçün cəmi 2-3 saatı var idi. Kitabın bütün səhifələrindəki yazı üslubu isə eyni bir şəxsə məxsusdur.

624 səhifəlik əlyazma 75 kiloqram çəkiyə və 22 santimetr qalınlığa sahibdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər