16 C
Baku
Saturday, April 20, 2024

Gilan Agricultural Group 3 yeni vakansiya elan edir

1. Meyvə bağları üzrə menecer

Gilan Kənd Təsərrüfatı Qrupu Meyvə bağlarına menecer ( rayonlar üzrə) vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Tabeçiliyində olan heyətin fəaliyyətinin bağlarda istehsalın təşkili və inkişafı üzrə əlaqələndirilmək;
• Fəaliyyətin planlaşdırılması və hesabatlılıq;
• Torpağın və bitkilərin gübrələnmə prosesinə hazırlanması, prosesə və irriqasiya sisteminə nəzarət etmək;
• Bağlara qulluq işinin müvafiq aqrotexniki xəritə üzrə həyata keçirilməsinə nəzarət etmək;
• Toxum səpinini və ting əkinini planlamaq və nəzarət etmək;
• Problemləri vaxtında aşkar etmək, rəhbərliyə məruzə etmək və onları aradan qaldırmaq;
• Məhsuldarlığı və məhsulun keyfiyyətini qiymətləndirmək və yaxşılaşdırma işlərini həyata keçirmək;
• Məhsul yığımını yetişmə, hava şəraiti və bazara uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
• Məhsulun saxlanmasına və bazara daşınmasına nəzarət etmək;
• İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
• Maliyyə uçotunun aparılmasına nəzarət etmək.

Tələblər

• Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi;
• Təsərrüfatda işlədilən gübrə və kimyəvi dərman növləri barədə məlumatlı olmaq;
• Təsərrüfatda xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumatlı olmaq.

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4818#


2. Təchizat üzrə Mütəxəssis.

Gilan Kənd Təsərrüfatı Qrupu Təchizat üzrə Mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi
• Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi
• Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət etmək
• Müqavilələri səmərəli və şirkət təchizat siyasətinə uyğun olaraq bağlanması
• Şirkətin təchizat siyasətinə uyğun təchizatçının seçilməsi
• Təchizat proqramının regionlarda işlənməsinə nəzarət etmək səlahiyyəti vardır.
• Təchizat planına uyğun alışların həyata keçirilməsi.
• Effektivlik və səmərəliliyin artırılması üçün kateqoriya planlaşdırmasının inkişat edirilməsi.
• Mövcud satıcılarla əlaqələrin daha da yaxşılaşdırılması

Tələblər

• İqtisadiyyat, Menecment, Logistika sahəsində sahəsində ali təhsil;
• Təchizat üzrə azı 1 il iş təcrübəsi olmaq.
• Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq.
• Təchizat zənciri haqqında ümumi biliklər
• İncoterms 2010
• Alıcılar ilə ünsiyyət qurmaq bacarığı,
• Komanda işinin təşkili.
• Azərbaycan, İngilis dili, Rus dili yaxşı səviyyədə bilməli;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4820#


3. Keyfiyyətə nəzarət üzrə mütəxəssis.

Gilan Kənd Təsərrüfatı Qrupu Keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərini etmək;
• Müəssisənin yerinə yetirilən işlərinin keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
• İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
• Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək;
• Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək;
• Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək;
• Müəssisənin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət  etmək;
• Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
• Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə  uyğunluğu barədə rəy verir. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
• Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;
• Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;
• Prosesləri, prosedurları, qaydaları müəssisənin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək.

Tələblər

• Keyfiyyət idarəetmə sistemləri üzrə (ISO 9001, HACCP və FSSC2200) müvafiq kurslarda təlim keçmiş olmalı;
• Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
• Keyfiyyət üzrə təlimləri verə biləcək səviyyədə təqdimat qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı, komandada işləmək bacarığına sahib olmalıdır.

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4821#

Son xəbərlər
Digər xəbərlər