Global Finance dünyanın ən yaxşı banklarını elan etdi

Banker.az xəbər verir ki, Global Finance nəşri özünün dünyanın ən yaxşı banklarını əhatə edən illik reytinqini təqdim edib. Ümumilikdə, ekspertlər qlobal və regional səviyyələr, həmçinin müxtəlif sahələr üzrə qaliblərin adlarını elan edib.

Qaliblər son il ərzində nümayiş etdirdikləri nəticələr, nüfuz və idarəetmə təcrübəsi də daxil olmaqla digər kriteriyalar əsasında təyin edilib. Nəşr ən yaxşı bankların seçilməsi prosesi zamanı bütün dünya üzrə korporativ maliyyə rəhbərləri, analitiklər və bankirlər ilə konsultasiyalar həyata keçirib.

Beləliklə, 2017-ci ilin ən yaxşı bankları aşağıdakılardır:

  • Dünyanın ən yaxşı bankı: ING
  • Ən yaxşı korporativ bank: Bank of America
  • Ən yaxşı istehlakçı bank: Royal Bank of Canada
  • İnkişaf etməkdə olan bazarlar üzrə ən yaxşı bank: Industrial and Commercial Bank of China
  • Xarici bazarlar üzrə ən yaxşı bank: Citi
  • Derivativlər üzrə ən yaxşı bank: Societe Generale
  • Ən yaxşı regional depozitariya: Standard Chartered Bank
  • Ən yaxşı qlobal depozitariya: Northern Trust
  • Ən yaxşı İslam bankı: Maybank Islamic
  • Ən yaxşı investisiya bankı: UBS
  • Nağd pulların idarəsi üzrə ən yaxşı bank: Citi
  • Ticarətin maliyyələşdirilməsi üzrə ən yaxşı bank: BNP Paribas
  • Təchizat zəncirinin maliyyələşdirilməsi üzrə ən yaxşı bank: Citi
  • Valyuta mübadiləsi üzrə ən yaxşı bank: UBS
  • Təqaüd layihələrinin idarə olunması üzrə ən yaxşı bank: P. Morgan Asset Management