Goldman Sachs: Bitcoin qızıl kimi xammaldır

Goldman Sachs investisiya bankının qiymətləndirməsinə görə, Bitcoin kriptovalyutası xammal aktivlərlə, xüsusən də qızıl ilə oxşar xüsusiyyətlərə sahibdir. Bununla belə, Bitcoinin nisbətən aşağı dərəcəli likvidliyi onun dəyərinin qəfil dəyişməsinə səbəb olur.

Banker.az xəbər verir ki, Goldman Sachs bankının xammal tədqiqatlarının qlobal bölməsinin rəhbəri Jeff Currie Bloomberg telekanalına verdiyi müsahibəsində bu mövzudan bəhs edib.

– Bitcoin nədir? Qiymətli kağızlara analoq, xammal və yaxud valyutadır?

– Bu xammaldır. Qiymətli kağızlara nəzər salsaq, onların öhdəliklərinin olduğunu görərik. Valyuta isə, məsələn, dollar, bu ABŞ hökumətinin öhdəliyidir. Xammal aktivlərinin belə bir öhdəliyi yoxdur. Bunlar tamamilə “lüt” aktivlərdir. Bu hesabla Bitcoin valyutasına nəzər salsaq, zənnimcə, o bir qədər qızıldan fərqlənir. Bununla yanaşı, hər tərəfdən Bitcoinə qarşı düşmənçiliyin nəyə görə yarandığını anlamaq çətindir. Bitcoin əleyhinə çıxış edən əsas ciddi amil onun likvidliyinin az olmasıdır. Rəqəmlərə baxdım – Bitcoin məzənnəsi 10-11 min dollar olduqda belə onun ümumi kapitalizasiyası təqribən 168 milyard dollar təşkil edir. Qızıl bazarının ümumi likvidliyi 8,3 trilyon dollar təşkil edir. Məhz bu likvidlik çatışmazlığı Bitcoinlə bağlı bir çoxlarını narahat edən dəyişkənliyə gətirib çıxarır. Düşünürəm ki, Bitcoində əsas amil blockchain texnologiyasıdır.