Goldman Sachs: Bitkoinin dəyəri yeni yüksəkliklərə çatacaq və stabilləşəcək

Son bir neçə həftə ərzində Bitcoin kriptovalyutasının məzənnəsinin əmin addımlarla irəli getməsi fonunda investorları sözügedən rəqəmsal valyutanın məzənnəsinin nə vaxt stabilləşəcəyi və hansı göstəricidə dayanacağı maraqlandırır.

Banker.az xəbər verir ki, dünyanın nəhəng investisiya şirkəti Goldman Sachs-ın analitikləri belə hesab edir ki, Bitcoin valyutasının dəyəri 1 qəpiyə görə 8 min dollar səviyyəsində dayanacaq.

Bitcoin məzənnəsi son bir neçə həftə ərzində 5, 6 və 7 min dollar göstəricisini asanlıqla geridə qoydu. Lakin Goldman Sachs analitiklərinin proqnozlarına əsasən, kriptovalyuta 1 BTC-ə görə 8 min dollar səviyyəsinə çatmaq və burada dayanmaq üçün bütün şanslara sahibdir.

Qeyd edək ki, Goldman Sachs analitikləri iyul ayında Bitcoin valyutasının məzənnəsinin 1 kriptoqəpiyə görə 4 min dollara çatacağını proqnoz etmişdilər ki, nəticədə proqnoz özünü doğrultmuşdu.