16 C
Baku
Saturday, April 27, 2024

“Goldman Sachs”: “Brent”in qiyməti 70-80 dollar/barrel arasında dəyişəcək

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 70-80 dollar arasında dəyişəcək.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın son dövrdəki dəyişkən qiymətini təhlil edən ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” bu fikirdədir.

Bank qlobal ehtiyatların aşağı, neft tələbatının isə artmağa davam edəcəyi və nəticədə neft bazarında təklif boşluğunun yaranacağına dair proqnozunu dəyişmədiyini bildirib: “Səudiyyə Ərəbistanının neft istehsalındakı artımın bu ilin üçüncü rübündə bazarda təklif bolluğu yaratma riski yaradır. “Brent” neftinin bir barrelinin qiymətinin 70-80 dollar arasında dəyişəcəyi nəzərdə tutulur. ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi bazarda təklif kəsiri yarada bilər. “Brent”in qiymətinin yenidən 80 dollar/barrel səviyyəsinə çatacağını gözləyirik. Lakin ABŞ-ın neft siyasəti ilə əlaqədar olaraq bu proses əvvəllər nəzərdə tutulduğu kimi yayda yox, ilin son rübündə reallaşa bilər”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər