14 C
Baku
Wednesday, April 24, 2024

Goldman Sachs kriptovalyutaları biznes risklərinə aid etdi

Bank biznes üçün təhlükənin sərmayə etdiyi müştərilər və şirkətlərin fəaliyyəti ilə bağlı ola biləcəyini güman edir.

Dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs kriptovalyuta və blochchain ilə əlaqəsini biznes risk adlandırdı. Kriptovalyutalar ilə əlaqəsi olan şirkətlərə investisiya edən bank texnologiyalarla əlaqəli risklərdən daha çox riski kriptovalyutalarda görür, deyə Anycoin məlumat verir.

Onun 2017-ci maliyyə ili üzrə illik hesabatında qeyd edildiyi kimi, blockchain və kriptovalyuta tranzaksiyaları kimi DLT texnologiyasına əsaslanan maliyyə məhsulları ilə əlaqədar müştərilərlə əməkdaşlıq; DLT platformalar işləyib hazırlayan şirkətlərə edilən investisiyalar; kənar təchizatçılar, müştərilər, kontragentlər, klirinq mərkəzləri və digər maliyyə vasitəçiləri tərəfindən bu texnologiyanın istifadəsi kimi bir sıra səbəblərə görə paylanmış reyestr texnologiyası ilə əlaqədar risklər yarana bilər.

Xatırladaq ki, bundan əvvəl Bank of America illik hesabatında kriptovalyutaların bankın biznes modeli üçün təhlükə olduğunu etiraf etmişdi. Risklər virtual valyutalar da daxil olmaqla, yeni texnologiyalarla rəqabət aparmaq üçün əlavə xərclər tələb edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər