Gömrükdən büdcəyə daxilolmalar 38% artıb

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 618 mln. 996,90 min manat daxil olub.

“APA-Economics” komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 447 mln. 770,39 min manat və ya 38,23% artıb.

Ötən 6 ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 412 mln. 167,80 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 1 mlrd. 114 mln. 300 min manat, aksizlər üzrə 75 mln. 257,20 min manat, yol vergisi üzrə isə 17 mln. 271,90 manat təşkil edib.