21 C
Baku
Thursday, April 25, 2024

Gömrükdən 40 min dolları gizlədən şəxs saxlanılıb

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz travego” markalı avtobusla gedən Türkiyə Respublikasının iki vətəndaşının üzərində “Sınıq Körpü” gömrük postunda şəxsi yoxlama aparılıb.
Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib.
Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər