21 C
Baku
Friday, April 26, 2024

Google $750 milyona yeni səhmlər əldə etdi

Amerikanın dünyaca məşhur Google şirkəti Çinin elektronika istehsalı şirkəti olan Lenovo-nın səhmlərini əldə etdi. Bu haqda məlumat Reuters agentliyinə istinadən verilmişdir.

Bu gün Honq Konq birjasında gedən ticarət gedişində belə məlum oldu ki, Google şirkəti Lenovo şirkətinin 618,3 milyon səhmini əldə etmişdir və bir səhmin dəyəri 1,2 dollardır. Ümumi dəyəri 750 milyon dollar olan müqavilə 30 yanvar 2014-cü ildə imzalanacaq.

Bu yaxınlarda Google şirkəti öz törəmə şirkəti olan Motorola Mobility-ni 2,91 milyard dollara satacağını elan etmişdi.

Google şirkəti səhmlərin satışından sonra bütün diqqətini yeni cihazların istehsalına və Android əməliyyat sisteminin daha da təkmilləşdirilməsinə yönəldəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər