23 C
Baku
Thursday, April 25, 2024

Google-da işləyən yeganə azərbaycanlı şirkətə işə düzəlmək haqqında danışdı

Google şirkətinin Avropadakı baş ofisində çalışan yeganə azərbaycanlı Turqut Baxşəliyev Google şirkətinə necə işə düzəlmək barədə fikirlərini oxucular ilə bölüşdü:

– Siz, Google kimi dünya nəhəngində çalışan yeganə azərbaycanlısınız. Ümumi olaraq, buna necə nail olduğunuz barədə nə deyə bilərsiniz?

– Hər şey, ixtisasım üzrə (marketinq) magistr dərəcəsinə qəbul olmağım və İrlandiyaya təhsil almağa yollanmağım ilə başladı. Daha sonradan Google şirkətindən təklif aldım və ilk öncə 5 aylıq müqavilə çərçivəsində, sonradan isə daimi olaraq orada işləməyə başladım. İlk olaraq account-coordinator, daha sonradan isə account-strateg vəzifəsində fəaliyyət göstərdim.

– Düşünürəm ki, bir çox oxuculara Google kimi nəhəng şirkətə necə işə düzəlməyin mümkün olduğu məsələsi maraqlıdır?

– Hazırda çox sayda insan Google şirkətində işləməyi arzulayır. Bu səbəbdən də biz xüsusi http://www.google.com/about/careers saytını yaratdıq və burada Google işə götürənlərinin diqqətini çəkəcək dərəcədə maraqlı CV yaratmaq qaydaları haqqında ətraflı məlumat verilib.

Bizim şirkətdə işləməyi arzulayan istənilən şəxs bilməlidir ki, ona qarşı qoyulan tələblər yüksək olacaq. O bilməlidir ki, onu ciddi rəqabət gözləyir. Çünki CV göndərənlərin əksəriyyəti yüksək səviyyəli mütəxəssislərdir. Buna görə də, Google-da iş arzuusnda olanlar öz background-una xüsusi diqqət ayırmalı, ümumilikdə, əvvəlki iş yerləri, təcrübə və nailiyyətləri ilə bağlı ətraflı məlumat verməlidir. Və təbii olaraq təhsil də az rol oynamır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər