13 C
Baku
Friday, April 19, 2024

Google HTC şirkətinin smartfon istehsalı biznesini aldı

Banker.az xəbər verir ki, Google HTC şirkətinin cihaz təminatı istehsalı üzrə biznesinin böyük bir hissəsini əldə etməsinə dair müqavilənin baş tutduğu haqqında məlumat yayıb. Müqavilənin dəyəri isə 1,1 milyard dollar təşkil edir.

Sözügedən müqavilə haqqında məlumat hələ 2017-ci ilin sentyabr ayında elan edilmişdi. Bu dövr ərzində bütün lazımi sənədlər hazırlanırdı.

Müqavilə çərçivəsində HTC şirkətinin 2 mindən çox mühəndisi Google şirkətinə keçəcək. Həmçinin, Google şirkəti HTC şirkətinin intellektual bacarığı ilə bağlı lisenziya əldə edəcək.

Vive VR bölməsi isə HTC şirkətində qalacaq. Şirkət həmçinin keçən il elan edilən şəxsi smartfonlarının istehsalına davam edəcək.

Bu müqavilə Google şirkətinin cihaz təminatı sahəsində mövqeyini gücləndirəcək.

 

Son xəbərlər
Digər xəbərlər