12 C
Baku
Thursday, March 28, 2024

“Google” internetə qoşulma sürətini ani yoxlayan servis tətbiq edib

Ötən ay internet aləmində ABŞ-ın “Google” korporasiyasının internetə qoşulma sürətini yoxlayan yeni bir servis istifadəyə verəcəyi barədə şayiələr yayılmışdı. Bu layihəni həyata keçirmək üçün şirkətə əlavə maliyyə vəsaiti tələb olunurdu.

Azertag xarici KİV-lərə istinadla xəbər verir ki, yaxın gələcəkdə istifadəçi özünün internetə qoşulma sürətini brauzerin ünvan bölməsində yoxlaya biləcək. Doğrudur, bu servisi inqilabi adlandırmaq olmaz, çünki artıq müxtəlif şəkillərdə həyata keçirilib. Onun yeni variantı isə adi istifadəçinin işini asanlaşdıracaq.

Bənzər layihənin mobil qacetlər üçün də həyata keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. Üstəlik, yeni xidmət hələlik yalnız ABŞ ərazisində işləkdir.

Son xəbərlər
Digər xəbərlər