15 C
Baku
Saturday, April 20, 2024

Google ölümü təxmin etməyi öyrənir

 Google, pasiyentlərin tibbi göstəricilərinə əsaslanaraq ölümün təxmini vaxtını təyin edən bir alqoritm yaratdı, Bloomberg xəbər verir.

Texnologiya testində  gecikmiş mərhələdə döş xərçəngi ilə xəstəxanaya müraciət edən bir qadın iştirak edib. Onun analizlərinə əsaslanaraq, həkimlər vaxtsız ölüm ehtimalını  9.3% , Google alqoritmi isə – 19.9%  ​​səviyyəsində qiymətləndirmişdi. Qadın bir neçə gün sonra öldü.

Google alqoritmi əvvəlki  diaqnozu, laboratoriya tədqiqatının nəticələrini, etnik mənsubiyyətini təhlil etdi – onun hazırladığı hesabatda 175.639  punkt var idi.

Şirkət klinikalarda yeni sistemini lisenziyalaşdırmaq və ya öz bulud servisindən satmaq niyyətindədir.

Alqoritm yalnız ölümün gəlişini təxmin etmək üçün istifadə olunmayacaq. Həmçinin pasientin xəstəxanada qalma ehtimalının müddətini, yenidən xəstəxanaya yerləşdirmə ehtimalını və s. müəyyən etməyə imkan verir.

Son xəbərlər
Digər xəbərlər