Google Pay və Apple Pay bu ilin sonuna Azərbaycana gətirilir

IMAGE DISTRIBUTED FOR MASTERCARD - MasterCard demonstrates Apple Pay at the launch of MasterCard's NYC Tech Hub on Monday, Oct. 20, 2014 in New York. (Photo by Charles Sykes/Invision for MasterCard/AP Images)

Bu gün Bakıda Rəqəmsal Bankçılıq və Təhlükəsizlik Konfransı (Digital Banking and Security Conference) işinə başlayıb.

Tədbirdə Visanın nümayəndəsinin bildirdiyinə görə, Visa şirkəti ilin sonuna qədər Azərbaycanda Apple Pay və Google Pay aktivləşdirməyi planlaşdırır.

Əlavə olaraq bildirilib ki, artıq Google şirkəti bununla bağlı razılığını versədə, Apple şirkətindən cavab iyun ayına qədər veriləcəkdir. Lakin buna baxmayaraq, Visa şirkəti texniki işləri artıq indidən başlayıb və razılıq əldə edildikdən sonra prosesi sürətli şəkildə yekunlaşdırmağı düşünür.