5 C
Baku
Friday, March 29, 2024

“Google Play”də təhlükəli virus yayılıb

“Google Play” internet mağazasında yer alan yüzlərlə mobil tətbiq (mobile application) “BankBot” adlı troyan virusuna yoluxub.

“Dr. Web” antivirus şirkətinin mütəxəssislərinin sözlərinə görə, mobil cihaza daxil olduqdan sonra virus müxtəlif sosial şəbəkələrin messencerlərindən (“Viber”, “Spanchat”, “Instagram”, “WhatsApp”) yazışmaları ələ keçirir. Bununla yanaşı, virus mobil cihazın sahibinin bank hesablarını da ələ keçirməyə qadirdir.

Mütəxəssislər deyir ki, “BankBot” yükləndikdən sonra proqramın yarlığını silir, lakin fon rejimində fəaliyyət göstərməyə davam edir.

“Dr. Web”in hesablamaları göstərir ki, hazırda “Google Play” mağazasında mövcud olan təxminən 400 tətbiq “BankBot”a yoluxub.

Hazırda virusa daha çox Böyük Britaniya və ABŞ-dan olan istifadəçilərin mobil cihazları yoluxub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər