14 C
Baku
Thursday, March 28, 2024

Google sədri 100 milyon dollar bonus alacaq

Reuters agentliyinin verdiyi məlumata görə, Google şirkətində açar mövqeyə sahib şəxslərdən biri olan Erik Şmidt 100 milyon dollar həcmində məhdudlaşdırılmış səhmlər qismində bonus alacaq. 

Google şirkəti rəsmi olaraq elan etmişdir ki, Şmidt belə bir mükafatı çox yaxın zamanda əldə edəcək. Şirkətin keçmiş icraçı direktoru artıq bir neçə ildir ki, Google-dan səhmlər formasında mükafatlar əldə edir.

Şmidt şirkətdə tutduğu icraçı direktor vəzifəsini tərk etmiş və yerini 2011-ci ildə Larry Pedge-ə vermişdi. O zamandan etibarən sədrin əmək haqqısı simvolik məbləğ olan 1 dollardan 1,25 milyon dollara yüksəlmişdir. Maraqlıdır ki, Sergey Brin və Larry Pedge hələ də əvvəlki kimi 1 dollar əmək haqqı alır.

Google şirkətinin top-menecerlərinin sərvəti sıx şəkildə şirkətin səhmlərinin dinamikasından asılıdır. Və məhz səhmlərin müsbət hərəkəti sayəsində Erik Şmidt daha çox bonuslar əldə edəcək.

Son xəbərlər
Digər xəbərlər