13 C
Baku
Friday, April 19, 2024

Google Skybox-u 0,5 milyard dollara əldə etdi

Skybox Imaging Inc. şirkəti 2009-cu ildə yaradılıb və Yer səthinin təsvirlərinin dəqiqliklə çəkilməsini təmin edən peyklərin yaradıcısıdır. Onun xəritəçəkmə bazası  mədən və sığorta sahəsi üzrə kənd təsərrüfatına tətbiqi yönümlüdür. Müqavilə barədə 2014-cü ilin may ayında məlumat verilsə də, məbləğ bildirilməmişdir. Məhz dünən Google şirkəti Skybox üçün nağd olaraq 500 milyon dollar ödəməyə hazır olduğunu bildirdi. Müqavilə ABŞ-ın tənzimləyici orqanlarından təsdiq cavabı almalıdır.

Google şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Skybox peykləri Google Maps-ı daha dəqiq və operativ yenilənmiş halda edəcək. Şirkət gələcəkdə yeni əldə etdiyi şirkətin komanda və texnologiyaları ilə internətə daxil olmağı yaxşılaşdırmağı və təbii fəlakətin nəticələrini aradan qaldırmaqda daha yaxından iştirak etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər