Kredit kartları – müştəriyə bankın vəsaitləri hesabına mal və xidmətlər üzrə ödəniş aparmağa imkan verən ödəniş kartlarıdır. Kredit kartları vasitəsilə həm xidmət nöqtələrində, həm də internet üzərindən məhsul və xidmətlərin dəyərinin ödənilməsi mümkündür.

Bu kartlar əsasən rəsmi gəliri təsdiqlənən müştərilərə verilir. İstisna hal kimi, bəzi Banklar öz əmanətçilərinə əmanətə bağlı kredit kartlar təklif edirlər.

Kredit kartlarının əsas üstünlüklərindən biri “Grace Period” imkanıdır. “Grace period” – hərfi tərcüməsi “Güzəşt müddəti” deməkdir və müştərilərə bank tərəfindən təyin edilmiş müddət ərzində (bu müddət 30 gündən 45 günədək ola bilir) istər nağd istərsə də nağdsız formada istifadə edilmiş vəsaiti FAİZSİZ geri ödəməyə imkan yaradır.

Bəs bu imkan hansı Bankların kartlarında var? Banker.az olaraq Banklarımızla əlaqə saxladıq və Grace period imkanı olan kartları Sizlər üçün qruplaşdırdıq. Aşağıdakı cədvəl bu kartlar haqqında olan suallarınıza cavab tapmağa yardımçı olacaq.

BankMəhsulGrace PeriodNağdlaşdırma komissiyası (Banka məxsus ATM-lərdə)Kartı kim əldə bilər?
AFB BankKredit kartı40 günədək1%Yalnız AFB Bankdan əmək haqqı alanlar
AcccesbankKredit kartı40 günədək2%Yalnız Bankın əmanətçiləri
DəmirBankFenix – kredit kartı40 günədək1%Xalis gəliri 170 AZN və daha çox olan müştərilər
ExpressbankExpresso Card35 günədək1%Xalis gəliri 500 AZN və daha çox olan müştərilər
UniBankAlbalı Plus Gold40 günədək2%*Xalis gəliri 1 000 AZN və daha çox olan müştərilər
RabitəbankKredit kartı30 günədək1%Xalis gəliri 400 AZN və daha çox olan müştərilər
TuranBankKredit kartı30 günədək1%DTİ əmsalı tələblərinə uyğun gələn müştərilər

* Son 3 ildə güzəşt müddətli kartı olana xalis əmək haqqı tələbi 500 AZN təşkil edir.