Grace-period və ya möhlət müddəti nədir?

“Grace-period” anlayışı altında elə müddət nəzərdə tutulur ki, həmin müddət ərzində bank borc puldan istifadəyə görə faiz hesablamır. Borcun götürüldüyü andan başlayaraq, bank müqaviləsi əsasında təyin olunmuş müddət ərzində kartın sahibi qısamüddətli borcu ödəyə bilər. Bu halda, faizlər hesablanmır.

Məsələn, sizin kredit limitiniz 2000 AZN-dir və sizə bildirilib ki, güzəşt və ya möhlət müddəti 30 gündür, bu halda siz ayın 22-də 200 AZN-lik alış veriş etmisinizsə, onda növbəti ayın 21-nə qədər vəsait karta geri qaytarıldıqda, həmin məbləğə görə faiz hesablanmmır. Bəzi banklarda bu müddət konkret gün sayı ilə müəyyən olunmur, son limit olaraq növbəti ayın 10- qeyd olunur. Siz ayın 22-də ödəniş etdiyiniz təqdirdə mütləq, həmin məbləği ayın 10-a qədər geri ödəməli olursunuz.

Əgər müddətinin bitdiyi anda borcun tam və bir hissəsi hələ də ödənilməyibsə o zaman həm faizlər, həm də cərimələr işə düşür, lakin bankdan asılı olaraq, onların hesablanması fərqlidir.

Grace periodun (möhlət müddətinin) digər variantında isə, bank krediti verdikdən sonra əsas məbləği grace period müddətində geri istəmir, siz bu müddətdə ancaq faizləri ödəyirsiniz. Möhlət müddəti bitdikdən sonra artıq siz əsas məbləği ödəməyə başlayırsınız. Bu tip kreditləşmə adətən kənd təsərrüfatı kreditlərində tətbiq edilir – mahiyyət biznesin mövsümlülüyü ilə əlaqədardır.