16 C
Baku
Friday, April 26, 2024

“Gübrə” alternativ enerji mənbəyi kimi

Müasir dövrümüzdə həyatın hər bir sahəsində elektrik enerjisindən istifadə qaçılmazdır. Elektrik enerjisindən hər yerdə – qida hazırlamaq, nəqliyyat vasitəsini hərəkətə gətirmək, televizora baxmaq və hazırda bu məqaləni ərsəyə gətirmək və oxumaq üçün istifadə olunur. Hazırda ümumi elektrik enerjisi mənbələrini genişləndirmək üçün alternativ mənbələrdən, yəni külək, günəş və s.dən istifadə edilir.

Lakin bu məqalədə kənd təsərrüfatında istifadə olunan məişət heyvanlarından əldə edilən “gübrə”-dən söhbət açılacaq. İlk öncə onu qeyd edək ki, Google, Facebook və digər nəhəng şirkətlər fərdi şəkildə alternativ enerji mənbələri axtarmaqla məşğuldur. Beləliklə, HP şirkəti enerji davamlılığı üzrə 4-cü beynəlxalq konfrasda təqdim etdiyi sənədə əsasən, şirkət öz məlumatın emal edilməsi mərkəzlərində inək “gübrə”-sindən enerji mənbəyi kimi istifadə etməyi planlaşdırır.

Proses bu şəkildə baş tutacaq: süd fermalarından orta ölçüdə peyin əldə ediləcək və metantenk qurğusundan istifadə edilərək ondan enerji alınacaq. Bu proses nəticəsində yaranan istilik məlumatın emal edilməsi mərkəzlərində soyutma sistemindəki turbinləri qidalandırmaq üçün istifadə edilir. Bu prosesdən əldə edilən enerji sayəsində isə məlumatın emal edilməsi mərkəzini enerji ilə təmin etmək mümkün olacaq.

HP şirkətinin verdiyi məlumata görə, tərkibində 1000 inək olan belə bir süd ferması ildə 200 000 ton peyin istehsal edir. Peyin isə öz növbəsində metan ilə zəngindir ki, bu da planetdə ən təhlükəli qazdır. Bundan əlavə, peyin ətraf mühiti çirkləndirdiyindən belə bir addım təqdirə layiqdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər