25 C
Baku
Friday, April 19, 2024

Güclü qasırğa ABŞ iqtisadiyyatına 40 milyard dollar zərər vurub

Banker.az xəbər verir ki, son 12 ilin ən güclü qasırğası olan Harvey qasırğasının ABŞ iqtisadiyyatına vurduğu zərər 40 milyard dolları geridə qoya bilər.

CoreLogic araşdırma şirkətinin qiymətləndirməsinə görə, qasırğa üçüncü kateqoriyaya çatarsa təbiət hadisəsinin vurduğu zərər 39,6 milyard dollar təşkil edə bilər. Belə ki, qasırğanın gücü dördüncü kateqoriyaya qədər artaraq, sonradan 1-ə enib.

Bununla yanaşı, Texası bir neçə gün ərzində güclü yağışlar gözləyir ki, bu da ciddi daşqınlara səbəb ola bilər.

Qeyd edək ki, Harvey qasırğası 26 avqust gecəsi Texas sahillərini iflic edib. Küləyin maksimum sürəti 215km/saata çatıb. 300 mindən çox insan işıqsız qalıb, çox sayda ev dağılıb, üç nəfər həyatını itirib və ştatda təbii fəlakət rejimi tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər