16 C
Baku
Thursday, April 25, 2024

Güclü Tayson-un zəif cəhətləri…

Mayk Tayson 30 iyun 1966-cı ildə Bruklində doğulub.

Atası hələ o dünyaya gəlməmişdən ailəni tərk etmişdi.

Uşaq vaxtı o çox kök idi və özünü müdafiə etməyi bacarmırdı. Bu səbəbdən daim onu ələ salırdılar.

Onun yeganə əyləncəsi göyərçin saxlamaq idi.

Onun 10 yaşı olduqda bir oğlan onun göyərçinini götürür və başını qoparır.

Bu an Mayk onu qəddarlıqla döyür və bu andan etibarən mütəmadi olaraq dava etməyə başlayır.

Maykın 12 yaşı olduqda isə dostu ilə birgə bir neçə göyərçin oğurlamağa cəhd edir.

Bunun üstündə dostunu asırlar. Onun ardınca Mayk da asılmalı idi. Lakin bu baş vermir.

Maykın 13 yaşı olduqda isə polis bölməsində Məhəmməd Əli ilə görüşür və boksçu olmaq qərarına gəlir.

14 yaşı olduqda məşqçisi və himayədarı Kasu Damatonun yanında yaşamağa köçür.

O ringdə döyüşməyə qorxurdu. Təki ringə çıxmasın deyə geriyə, Bruklinə qayıtmağa hazır idi.

Lakin Mayk qorxusunun öhdəsindən gəlməyi bacarır və qələbələr üçün ringə çıxmağa başlayır.

Gənc döyüşçünün 16 yaşı olduqda gənclər arasında keçirilən olimpiadada rekorda nail olur.

Ona rəqibini nokauta salıb qələbə qazanması üçün cəmi 8 saniyə kifayət edir.

20 yaşı olduqda məşqçisi dünyasını dəyişir.

Elə həmin il böyük sarsıntıdan sonra Tayson boks tarixində ağır çəkidə ən gənc dünya çempionu olur.

Qorxu – sənin ən yaxın dostun və ən qəddar düşmənindir. Bu alov kimidir. Sən alovu idarə edə bilərsən. Alova olan idarəni itirsən, o səni bürüyəcək və öldürəcək.

Hazırda Mayk Tayson müflis olmuş vəziyyətdədir və onun borcu təxminən 3 milyon dollar həcmindədir. Bu yaxınlarda o hər döyüşdən öncə narkotikdən istifadə etdiyini etiraf etdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər