Gün ərzində neçə saat işləmək lazımdır?

Artıq uzun müddətdir ki, 8 saatlıq iş gününün effektivliyi şübhə altındadır. İş məhsuldarlığını artırmaq üçün iş və istirahətə sərf edilən zamanın optimal şəkildə balansına riayət etmək lazımdır.

Səkkiz saatlıq iş rejimi sənaye inqilabı zamanı tətbiq edilməyə başlanmışdı. Bu qərar zavodlarda işləyən insanların iş saatını azaltmağa istiqamətlənmişdi. Öz zamanında bu qərar əsl inqilab idi. Lakin hazırda iş saatının bu şəkildə təşkil edilməsi üsulu faydasız bir şəkildə köhnəlib.

Müasir dövrün çalışanlarından demək olar ki, “nəfəs belə almadan” işləmək tələb olunur. Bir çox insan nahar fasiləsinə belə çıxmadan durmadan çalışır! Belə bir qrafik bizə məhsuldar işləməyə kömək etmir. Əksinə.

Zamanı təşkil etməyin ən yaxşı üsulu:

Draugiem Group adlı IT şirkəti xüsusi kompüter proqramından istifadə edərək əməkdaşların məhsuldarlığı ilə bağlı araşdırma həyata keçirib. Bu proqramın köməkliyi ilə işçilərin müxtəlif tapşırıqları həll etmək üçün nə qədər vaxt sərf etdikləri ölçülmüş və onların ümumi məhsuldarlığı qiymətləndirilmişdir.

Araşdırma inanılmaz nəticələr nümayiş edir. Belə aydın olur ki, iş gününün davamiyyəti məhsuldarlığa çox cuzi şəkildə təsir edir. Əslində isə, işçilərin öz günlərini necə təşkil etməkləri vacib rol oynayır. Ümumilikdə, mütəmadi olaraq fasilələr edən işçilər uzun zaman kəsiyi ərzində dayanmadan işçilərdən daha yüksək səviyyəli məhsuldarlıq nümayiş etdirib.

Araşdırma iş və fasilənin ideal balansını təyin edib: 52 dəqiqə iş və 17 dəqiqə istirahət. Bu rejimə riayət edən işçilər tapşırıqların yerinə yetirilməsi zamanı inanılmaz konsentrasiya nümayiş etdirib. Demək olar ki, 1 saat ərzində həmin işçilər 100% öz  işlərinə fokuslanmışlar.

Bu işçilər “bir-iki saniyəlik” sosial şəbəkələrə daxil olmamış və şəxsi mesajlara cavab verməmişlər. Onlar özlərini yorğun hiss etdikdə isə (saat tamamlanmağa yaxınlaşdıqda) kiçik fasilələr vermiş və bu fasilə zamanı işdən tamamilə ayrılmışlar. Bu onlara qarşıdakı 1 məhsuldar iş saatı ərzində digər tapşırıqları yerinə yetirmək üçün yeni güc qazandırır.

Beyniniz necə məhsuldar işləməli olduğunuzu sizə deyəcək:

Bu mükəmməl balansı artıq kəşf etmiş insanlar yaxşı nəticələr nümayiş etdiri və öz rəqiblərini geridə qoyur. Məsələ ondadır ki, onlar beynimizin fundamental tələbatlarını necə ödəməli olduqlarını anlayıblar. Beynimiz təqribən 1 saat ərzində bütün gücü ilə işləyə bilər. Sonra isə beyin “tənəzzül” edir ki, bu da 15-20 dəqiqə çəkir.

Fasilələrin iş bacarığınıza müsbət təsir etdiyini bildiyiniz halda onları etmək daha rahatdır. Yorğunluq adətən məhsuldarlıq uğrunda apardığımız mübarizə zamanı qalib gəlir. Çünki biz enerjimiz demək olar ki, tükəndiyi zaman belə işləməyə davam edirik.

Bundan əlavə, adətən lazımınca dincəlmədiyimiz fasilələr təşkil edirik. Fasilə zamanı sosial şəbəkə hesabının yoxlanması, YouTube-da hər hansı bir video izləmək sizi təmiz havada keçirdiyiniz bir neçə dəqiqə səviyyəsində rahatlatmayacaq.