16 C
Baku
Friday, April 26, 2024

“Günay Bank” balansındakı yığılmış zərər məlum oldu

“Günay Bank” ASC 2018-ci ilin yanvar-fevral ayları ərzində cəmi aktivləri kiçilib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 31 mart 2018-ci il tarixinə olan rüblük hesabatında qeyd edilib.

“Günay Bank”ın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 3 ayın sonunda 191,81 manata düşüb. Bu rəqəm ilin əvvəlində 192,21 mln. manat təşkil edirdi.

Buna baxmayaraq bank kredit portfelini 6,85 mln. manat, yəni, 4% böyüdərək 146,35 mln. manata çatdırıb.

Bankın aktivləri kimi cəmi öhdəlikləri də azalaraq 130,21 mln. manata düşüb. Bunun da 89,48 mln. manatı müştərilər tərəfindən cəlb olunan depozitlərdir.

“Günay Bank” ilin ilk 3 ayı ərzində 1,99 mln. manat cəmi faiz gəliri və 906 min manata yaxın faiz xərci təşkil edib. Beləliklə bank ilin ilk rübünü 1,27 mln manata yaxın xalis mənfəət əldə edə bilib.

Bankın illərdir yığılmış zərər azalmağına baxmayaraq, hələ də 4,67 mln. manatı qalmaqdadır. Məhz bunun hesabına 64,91 mln. manatlıq nizamnamə kapitalı olan bankın xüsusi kapitalı 60,24 mln. manata təşkil edir. Qeyd edək ki, cəmi kapitalı hazırda 61,58 mln. manat həcmindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər