“Günay Bank” da depozit məhsulunun faizini endirdi

Günay Bank, FOTO: Sabir Mirzə/Banker.az

“Günay Bank” ASC depozit məhsullarından biri olan “Müddətli depozitin” faizini 1% azaldıb.

Banker.az-ın monitorinq qrupu bildirir ki, depozit məhsulunun faizləri ayliq və rüblük milli valyutada illik 10% ilə hasablanırdısa, bu gündən azaldılaraq 9%-ə düşüb.

Qeyd edək ki, xarici valyutada (USD) dəyişməyərək ayliq və rüblük illik 2% ilə hesablanir.

Xatırladaq ki, “Günay Bank”ın depozit portfeli 31 mart 2018-ci il tarixinə 89,48 mln manat təşkil edir. Bunun cəmi 30,96 mln. manatı fiziki şəxlərdən cəlb etdiyi müddətli depozit portfelidir.

📝 RƏY BİLDİR