“Günay Sığorta”nın rəhbərliyinə təyinat

İlkin Mirzəyev

“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Mirzəyev İlkin Şahin oğlu İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. Bu barədə şirkətdən bildirilib.

Xatırladaq ki, İlkin Mirzəyev 2008-ciildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit fakültəsinə daxil olmuş və 2012-ci ildə təhsilini bitirdikdən sonra 2012-2013-cü illərdə “Türk Sigorta Enstitüsü Vakfı”nın (TSEV) Sığorta mühasibatlığı sahəsi üzrə təhsilini davam etdirmişdir. 2013-cü ildə Azərbaycan Sənaye Sığorta ASC-də mühasibat və Daxili Audit xidmətində çalışıb. 2016-cı ildən Günay Sığorta ASC-nin Daxili Audit Xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Sığorta sahəsində ölkə xaricində və daxilində çox saylı layihələrdə və seminarlarda iştirak edib.

© Fins.az