14 C
Baku
Thursday, April 25, 2024

Gürcüstan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Gürcüstan Mərkəzi Bankı bu gün, oktyabrın 26-da keçirdiyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyərək 6,5%-də saxlayıb. İnvesting.ru saytına istinadən xəbərə görə, buna səbəb sentyabr ayında illik inflyasiyanın 0,1% təşkil etməsi olub. 

Xatırladaq ki, avqustda Gürcüstanda illik inflyasiya 0,9% olub. Aylıq müqayisədə isə sentyabrda 0,3% deflyasiya, avqustda isə 0,4% inflyasiya qeydə alınıb.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Bankı sentyabrda keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 6,5%-ə endirib. Növbəti iclasın dekabr ayının 14-də keçirilməsi planlaşdırılır.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər