Gürcüstanda 2691 vətəndaşımız, bizdə isə cəmi 14 Gürcüstan vətəndaşı ali təhsil alır

2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır.

Yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən tədris ili ilə müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 41 nəfər çoxdur.

Azərbaycan vətəndaşlarının 501-i Gürcüstanın dövlət, 2190-ı isə özəl ali məktəblərində ali təhsil alır.

Qonşu ölkənin müxtəlif ali məktəblərində ümumilikdə 10 063 xarici ölkə vətəndaşı təhsil alır.

Cari tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edir. Onların hamısı özəl ali məktəblərin tələbələridir.

📝 RƏY BİLDİR