13 C
Baku
Thursday, April 18, 2024

Gürcüstandan Azərbaycana idxalın həcmi 3 dəfədən çox azalıb

Gürcüstan arasındakı ticarət dövriyyəsinin həcmi bu ilin yanvar-iyun aylarında 264 319,8 min ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144337,3 min dollar yaxud 35,32% azalma deməkdir.

“Report”un Gürcüstan Milli Statistika Ofisinə istinadən verdiyi məlumata görə, bu rəsmi Tbilisinin xarici ölkələrlə apardığı ticarət dövriyyəsinin 4,6%-nə bərabərdir.

Məlumatda qeyd edilir ki, Gürcüstandan Azərbaycana ixracın həcmi 90 008,5 min dollar və ya 68,83% (3,2 dəfə) azalaraq 40 764 min dollara, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 4328,8 min dollar yaxud 1,56% azalaraq 223 555,8 min dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər