13 C
Baku
Friday, April 19, 2024

Güzəştli mənzillərlə bağlı: Görünür MİDA hazır olub, Nazirlik yox

Mayın 7-də ilk sosial mənzillər satışa çıxarıldı. 260 mənzilin təklif olunduğu ilk mərhələdə tələbin yüksək olacağı öncədən bəlli idi. Gözlənildiyi kimi, 8 minə yaxın vətəndaş 260 mənzili daha tez seçməyə çalışdı. Həmin gün ərzində qeydiyyatla bağlı müştərilər tərəfindən çoxlu şikayətlər daxil olmağa başladı.

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşdilər.

MİDA isə açıqladı ki, Agentlik və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti mərhələlərdə “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılacaq mənzillərin elektron qaydada seçimini daha da təkmilləşdirəcək və baş vermiş nöqsanların təkrarlanmaması üçün bütün zəruri tədbirləri həyata keçirəcək.1de3ed0e a87e 4141 bc21 bbef2789e506

Lakin, iqtisadçı ekspert Vüqar Bayramov isə buna şərh bildirərkən MİDA-nın buna hazır, nazirlyin hazır ola bilməməsini bildirib: “İlk günün nəticələri göstərdi ki, MİDA prosesə hazır olsa da təəssüf ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öncədən proqnozlaşdırılan yüksək sifariş dalğasına hazır olmadı. Nəticədə, elektron sistemdə fasilələr və eləcə də seçilmiş mənzilin elektron imza ilə təsdiq olunmasında problemlər yarandı. Halbuki, mayın 7-si saat 10.00-da elektron sistemdə yüksək sifarişin olacağı öncədən gözlənilən olduğundan bu sistem öncədən test edilməli idi.”

Ekspert sosial mənzillər Azərbaycan vətəndaşları üçün vacib layihə olduğundan bütün mərhələlərdə, xüsusən də ilkin satışda prosesin məsuliyyətli idarəedilməsi çox vacib sayır.

“Mayın 7-də sosial mənzilləri seçən amma sistemdəki fasilələr səbəbindən onu öz elektron imzaları ilə təsdiq edən bilməyənlərə əlavə zamanın verilməsi və onların seçiminin tanınmasına ehtiyac var. Bütün hallarda, birinci mərhələdə seçim etmiş vətəndaşlarımızın evlə təmin olnmasına birmənalı şəkildə imkan yaradılmalıdır. Yasamaldakı kompleksdə daha 1600-dən artıq mənzilin növbəti aylarda satışa çıxarılacağını da nəzər alaraq elektron sistemin təkmil hala gətirilməsi istiqamətində işlərin sürətləndirilməsinə ehtiyac var.” – deyə Bayramov bildirib.

Son xəbərlər
Digər xəbərlər