15 C
Baku
Friday, April 26, 2024

Güzgülərin tarixi

İlk güzgülər bizim hal-hazırda istifadə etdiyimiz güzgülərdən çox fərqlənirdilər. Hətta onların forması da fəqli idi. İndiki güzgülər hamar və yastıdırlar, əvvəllər isə qabarıq idilər.

Özlərini kənardan görmək istəyən insanlar suyun üzrərindəki əkslərinə baxırdılar. Bu isə çox narahat idi və hər dəfə qonaq gəlməmişdən əvvəl suyun yanına getmək mümkün deyildi. Bu səbəblərdən insanlar vulkanik şüşəni- obsidianı- parıldayana qədər cilalamağa başlayırlar. Bu cür şüşədən yaxşı güzgü alınırdı.

Qədim zamanlarda bu güzgülər Çində, Mərkəzi Amerikada məşhur idi. Həmçinin bu güzgülərin qalıqları Türkiyədə (Anadoluda) aşkarlanmışdı. Onların mənbələrinin tarixi bizim eramızdan əvvəl 6-cı minilliyə təsadüf edirdi. Aralıq dənizində obsidianın əvəzinə cılalanmış bürünc disklər tapılmışdı.

2 min ildən sonra parıldayana qədər cilalanmış metal lövhələr güzgülər kimi istifadə olunmağa başlayırlar. Qızıldan və gümüşdən daha yaxşı güzgülər alınırdı. Lakin bu metallar baha olduqları üçün insanlar mis və qalayın ərintilərindən güzgülər düzəldirdilər.

1240-cı ildə tamamilə yeni növ güzgülər əmələ gəlirlər. Alimlər şüşədən hava üfürülməsi ilə oksidləşdirilmiş qablar düzəltməyə başlamışdılar. Yenə də qalayın ərintilərindən istifadə olunurdu.

starinnoe zerkalo 56124879 1 F

Lakin bütün bu nailiyyətlərə baxmayaraq güzgüdə sürətlər təhrif edilmiş olurdu.

Nəhayət, təxminən 1500-ci ildə Fransada düz şüşəni civəyə batırmağı və onun üzərinə nazik qalay folqa yapışdırmağı icad edirlər. Lakin o dövrdə hamar güzgülər çox baha idilər və onları ən yaxşı Venesiyada düzəldirdilər. Venesiya tacirləri flamandlardan patenti alırlar və bir əsr yarım vaxta yaxın əla «venesiya» güzgülərinin istehsalında monopoliyanı qoruyub saxlamışdılar. Venesiya güzgülərinin qiymətləri haqqında sizdə təsəvvür yaratmaq üçün bir müqayisə təqdim edək: 1,2 metr və 80 santimetr ölçülərində olan güzgünün dəyəri Rafaelin rəsm əsərindən 2 dəfə yarım baha idi.

zer 7

Venesiya ixtiralara patent verən ilk ölkə idi. O dövrdə Venesiyanın müstəqil dövlət statusu var idi. 1507-ci ildə Danzalo del qallo qardaşları büllür güzgülərin hazırlanmasına aid patent alırlar.

Bu güzgülər haqqında ilk dəfə fransız menestreli Vensan de Bov məlumat vermişdi. Onun dediklərinə əsasən, bu güzgülərin aşağısına qurğuşun yerləşdirilirdi. 1773-cü ildə isə Nürnberqdə güzgüçülər sexi açılır. O zamandan etibarən Avropa sənətkarlğında güzgülərin hazırlanması mühüm sənayeyə çevrilmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər