Hələ də fəaliyyət göstərən dünyanın ən qədim şirkətləri

İnkişaf etmiş ölkələrin vətəndaşlarının həyat davamiyyəti günbəgün artır, biznesin həyat müddəti isə qısalır. Boston Consulting Group şirkətinin araşdırmasına əsasən, hər il ictimai şirkətlərin 10%-i iflas edir. Bu göstərici 50 il bundan əvvəl qeydə alınan göstəricidən 4 dəfə çoxdur.

Lakin bu şirkətlərlə yanaşı hələ uzaq VIII əsrdə əsası qoyulan və günümüzdə də fəaliyyət göstərən şirkətlər mövcuddur. Belə şirkətlərin bəziləri ilə tanış olaq.

  1. Nisiyama Onsen Keiunkan — 705-ci ildən fəaliyyət göstərir

705-ci ildə Fucivara Maxito Yaponiyanın Hayakava şəhərində qaynar terminal mənbələrin birində otel inşa edir. Bu otel bu günə qədər də fəaliyyət göstərir və oteli eyni ailənin nümayəndələri idarə edir. Hazır ki, sahib isə Maxito nəslinin 52 yaşlı nümayəndəsidir. Bu dünyanın ən qədim oteli olmaqla yanaşı, Ginnesin rekordlar kitabına fəaliyyət göstərən ən qədim şirkət kimi də daxil olub.

Orta əsrlərdə terminal mənbələrə gələn samuraylar mütəmadi olaraq Maxito otelində qalırdılar. Hazırda oteldə 1 gün gecələmək üçün təqribən 460 dollar ödəmək tələb olunur. Otelin otaqları isə ənənəvi yapon tərzində, yəni minimum mebel ilə dizayn edilib.

  1. Koman — 717-ci ildən fəaliyyət göstərir

Dünyanın ikinci ən qədim şirkəti də yapon otelidir. Bu otel də həmçinin terminal ocaq kənarında inşa edilib. Bundan əlavə, otelin qonağı olan şəxlər Yapon dənizinin sahilində çoxlu sayda görməli məkanları ziyarət etmək imkanlarına sahibdirlər. Otelin ən ucuz otağı isə 1 gecə üçün 270 dollar tələb ediləndir.

  1. Hōshi Ryokan — 718-ci ildən fəaliyyət göstərir

Növbəti ailə biznesi, növbəti yapon oteli. Komaçu adasında yerləşir. Hōshi Ryokan – ənənəvi yapon memarlığını özündə əks etdirən qədim oteldir. Otelin hər bir otağında çay mərasimi üçün kiçik stol, tatami və yatmaq üçün qalın matras var. Oteldə cəmi 1 gecə gecələmək üçün 430 dollar tələb edilir.

  1. Tech Kaihatsu — 760-ci ildən fəaliyyət göstərir

Tech Kaihatsu şirkətinin sahibləri iddia edirlər ki, şirkət 760-cı ildən fəaliyyət göstərir və o zaman bura dəmirçixana idi. Araşdırmaçıların bəziləri bu fakt ilə razılaşsalar da, bəziləri şübhə edirlər. Məsələ ondadır ki, “Kaihatsu” (yapon dilindən tərcümədə “inkişaf”) sözündən bir çox şirkətlər ad olaraq istifadə etmişlər. Hazırda qədim biznes maşın avadanlıqları istehsal edir.

  1. Genda Shigyo — 771-ci ildən fəaliyyət göstərir

Bu yapon şirkəti 1000 ildən çoxdur ki, eyni işlə, yəni kağız paketlər və “Midzuxiki” (toy, dəfn mərasimi və digər tədbirlər üçün dəvətnamələri bəzəmək üçün müxtəlif rəngli lentlər) istehsal edir.

Lentlərin rəngi, sayı və yerləşməsi müxtəlif mənalara sahibdir və hətta ölkənin müxtəlif hissələrində tamam ayrı məna ifadə edə bilər.

  1. Stiftskeller St. Peter — 803-cü ildən fəaliyyət göstərir

Zalsburqda yerləşən Stiftskeller St. Peter restoranı 803-cü ildən başlayaraq fasiləsiz olaraq fəaliyyət göstərir.

Restoran hazırda özündə orta dövrün atmosferini qoruyub saxlayır. Lakin hər həftə Motsart dövrünün tərzində tematik şam yeməkləri təşkil edilir. Belə hesab edilir ki, Motsart bu restorana tez-tez gələrdi. Təşkil edilən bu şam yeməyi zamanı musiqiçilər bəstəkarın əsərlərini şam işığında ifa edirlər.

  1. Staffelter Hof — 862-ci ildən fəaliyyət göstərir

Almaniyanın kiçik Krov şəhərində ailəvi şərab zavodu fəaliyyət göstərir və dünya üzrə bu sahənin ən qədim nümayəndəsidir. Şəhər arxivində 862-ci ildə bu şərab müəssisəsinin doğurdan da fəaliyyət göstərdiyini sübut edən sənədlər mövcuddur. Bu zaman Lotaringiya kralı II Lotar şərab zavodunun yerləşdiyi ərazini yerli abbatlığa hədiyyə etmişdi.

Daha sonradan bu hədiyyə kilsənin əlindən alınsa da, şərab istehsalı dayandırılmadı. 1805-ci ildə Piter Şnayders adlı bir şəxs (onun şəxsiyyəti haqqında məlumat çox azdır) şərab zavodu ilə birgə həmin ərazini  Fransa rəhbərliyindən 1773 talerə alır. 1890-cı ildə kiçik ailə müəssisəsinin əsasında böyük zavod yaradılır.

Hazırda Staffelter Hof şirkəti müstəsna olaraq bahalı şərab istehsalı ilə məşğul olur və il ərzində cəmi 500 şüşə şərab istehsal edir.

  1. Tanaka-Iga — 885-ci ildən fəaliyyət göstərir

Yaponiyanın Kioto şəhərində yerləşən bu şirkət yarandığı gündən bu günə qədər zınqırovlar, amuletlər, xüsusi mebellər, şamdanlar və buddist məbdi üçün tələb olunan digər əşyalar istehsal edir. Şirkətin əsas rəqibi Shumiya-Shinbutsuguten şirkətidir. Bu şirkət özü də kifayət qədər uzun müddət öncə, daha dəqiq desək 1024-cü ildə yaradılıb.

  1. Sean’s Bar — 900-cü ildən fəaliyyət göstərir

Bu İrlandiya barı dünyanın ən qədim içki içilən məkanı hesab edilir. Qazıntılar zamanı buradan tapıan stəkanlar və qədim pullar bu faktı sübut edir. Araşdırmaçılar şirkətin uzun ömürlülük sirri kimi onun ideal məkanda yerləşməsini hesab edirlər. Belə ki, bar ölkənin mərkəzi olan Alton şəhərində, mənzərəli Şennon çayının sahilində yerləşir.

  1. The Bingley Arms — 953-cü ildən fəaliyyət göstərir

XX əsrdə ingilis pivəxanalarının işləri yolunda getmirdi. Hazırda ölkədə 50 000-dən çox belə müəssisə var. 100 il əvvəl isə iki dəfə çox idi.

The Bingley Arms pivəxanasının da populyar olmasının bir səbəbi uğurlu yerləşməsi ilə bağlıdır. Belə ki, o Lids və Yorkun əsas görməli məkanlarının yaxınlığında yerləşir.